Ülvi Mehdiyev: ASAN AI Hub iqtisadiyyata, elmə və dövlət idarəetməsinə töhfə verəcək

ASAN Süni İntellekt platforması (ASAN AI Hub) həm iqtisadiyyata, həm elmə, həm də dövlət idarəetməsinə töhfə verəcək.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən platformanın əsas məqsədi dövlət təşkilatlarında, “ASAN Xidmət”in özündə, eyni zamanda özəl sektor və tədqiqat inşaat mərkəzləri, elmi laboratoriyalar və alimlər üçün bir əlaqələndirici rolunu oynamaq, uzlaşma rolunu oynayan bir platforma yaratmaqdır:

“Bu platforma vasitəsilə hər bir təşkilat öz problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnovatorlar, startapçılar və elmi tədqiqat mərkəzləri isə həmin çağırışlara uyğun həllər təklif edəcək. Yeni bir platformadır, sistemdir və düşünürəm ki, bu da dolayısıyla həm iqtisadiyyatımıza, həm elmimizə, həm də dövlət idarəetməsinə öz töhfəsini verəcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More