Moqerini saxlanıldı

Belçika polisi Avropa İttifaqının (Aİ) Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Soir” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onun Avropa Kolleci üçün keçirilən tenderdə dələduzluq hallarının baş verməsi ilə bağlı saxlanıldığı deyilir.

Ümumilikdə iş üzrə 3 nəfər saxlanılıb. Onlardan birinin Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi, italyan diplomat Stefano Sanninonun olduğu bildirilir.

Qeyd edək ki, F. Moqerini 2014-2019-cu illərdə Aİ-nin Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışıb. 2020-ci ildən isə Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More