ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çatbotunda nasazlıq yaranıb və bir sıra ölkələrdə müşahidə olunub.
“Report” xəbər verir ki, bu barədə “Downdetector” portalının məlumatlarında göstərilib.
Ən çox şikayət ABŞ-dəki istifadəçilərdən (2300-dən çox) daxil olub. İstifadəçilərin 62%-i vebsaytla bağlı problemləri, 32%-i “ChatGPT”nin işində fasilələr olduğunu, digər 6%-i isə proqrama daxil olmaqda çətinlik çəkdiyini bildirib.
Daha 32 min insan OpenAI-nin öz xidmətlərindən şikayət edib. Çatbot problemləri Avstraliya, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə də müşahidə edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.