Ləman komadan ayıldı

Yasamaldakı yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsin Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

“Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksəkaxımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.

Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova Ləmanın anasıdır.

Bəsti Məmməd

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More