Yevlaxda ölümlə nəticələnən yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən binaların birində baş verib.
Yanğın nəticəsində 1945-ci il təvəllüdlü şəhər sakini Nərgiz Mikayılova yanaraq ölüb.
Hadisə zamanı evdə olan 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və 1967-ci il təvəllüdlü Kamran Mehdiyev isə ağır yanıq xəsarətləri alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirildi ki, 05.12.2025-ci il tarixində saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Xatırladaq ki, bu gecə Lökbatandakı “Qobu Park-1” yaşayış massivində baş verən yanğında da 4 nəfər həlak olub.
***
Hadisənin təfərrüatları məlum olub. Belə ki, yanğın 1945-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədəevin yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın nəticəsində mənzilin sahibi ölüb, Yevlax şəhər sakinləri, 1965-ci il təvəllüdlü Vahabova Yasəmən Mayıl qızı və 1967-ci il təvəllüdlü Mehdiyev Kamran Mayıl oğlu xəsarət allblar.
Yanğın zamanı ölən Mikayılova Nərgiz Savalan qızı Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiyev Məhəmmədəli Mayıl oğlunun anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.
Ziya Əmirxanlı
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.