Bu agentlik sədrinin müşaviri işdən çıxdı

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. 

Bildirilib ki, sədrin müşaviri Əhməd Həsənov öz ərizəsi əsasında işdən çıxıb. Ondan başqa Agentliyin dövlət satınalmaları şöbəsinin müdiri Elşən Həsənov da vəzifəsindən ayrılıb.

Məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən təsdiqləyiblər. 

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More