Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayon Bakıxanov qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Mənbə: Qafqazinfo.Az
Comments are closed.