Goranboyda iki nəfər bıçaqlandı – Qonşu saxlanıldı – Yenilənib

Goranboyda iki nəfər bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər.

A.Məmmədovun vəziyyəti ağır, V.İsmayılovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, hadisəni onların qonşusu, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məmmədova və V.İsmayılova kesici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb. Araşdırmalar davam etdirilir

Yunis Quliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More