Namizəd Səfərov həbs olundu

Hüquqşünas Namizəd Səfərov həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında belə qərar çıxarıb.

N.Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hüquqşünas dekabrın 9-u polis tərəfindən tutulub. O, bir nəfərin 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More