VİP-də yer ayrılsa da, azarkeşlərlə birgə izlədi – Əkbərin ən özəl günü – Video

“Qarabağ” FK-nın prezidenti Tahir Gözəl “Qarabağ” – “Ayaks” oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın instaqram səhifəsində görüntülər paylaşılıb.

“Əkbərin “Qarabağ” sevgisi. “Qarabağ” FK-nin prezidenti Tahir Gözəl Əkbəri o qədər gözəl qarşıladı ki… Sığınacağımın ağıllı balası sonunda ən böyük arzusuna çatdı”, – deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, ona VİP ərazidə yer ayrılsa da o, oyunu azarkeşlərlə bərabər izləməyi seçib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More