Üç vəzifəli şəxs cərimələndi

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsi 4500 manat, “Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 8000 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi isə 1500 manat cərimə edilib.

Qeyd olunub ki, buna səbəb “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması olub.

Buna görə də, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, hər 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More