Şəkinin Bideyiz kəndində canavar insanlara hücum edib.
“Qafqazinfo” xəbər verir ki, nəticədə 5 nəfər xəsarət alıb.
Canavarın kənddə vahimə yaratdığı bildirilir. Dövlət qurumları hadisə barədə məlumatlandırılıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Xəsarət alan 5 nəfər xəstəxanaya aparılıb.
***
Canavarın parçaladığı şəxslərin adları məlum olub.
Onlar – 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanovdur.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.