“İlham Əliyev haqqında yazdığım kitab taleyin mənə ən böyük mükafatı idi…”

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini inkişaf etdirən, yeni uğurlar yazan və müasir siyasətimizdə alternativi olmayan yeganə liderdir.

O, Azərbaycanın milli qürur mənbəyi, dövlətçiliyimizin simvoludur. Onun adı və nüfuzu Azərbaycanın hüdudlarını aşaraq planetar miqyas aldığından ölkəmizin dostlarının sayı qat-qat artmışdır.

Cənab İlham Əliyev Azərbaycanın neçə əsrlik taleyüklü ağrılı problemi olan erməni işğalını və torpaq iddiasını əbədi sonlandırmaqla tarixdə heç bir sərkərdənin, siyasi liderin görə bilmədiyi missiyasını başa çatdırdı.

Şah İsmayıl 1501-ci ildə möhkəm ideoloji əsasları olan mərkəzləşmiş Azərbaycan dövlətini yaratdığı kimi, İlham Əliyev son 200 illik tariximizdə yeganə şəxsiyyət, siyasi lider kimi adını Azərbaycan tarixinin Zəfər salnaməsinə əbədi həkk etdirdi.

Prezident İlham Əliyev hədsiz dərəcədə siyasi peşəkar, mahir və çevik diplomatdır. Onun siyasi fəhmi heyrətamiz dərəcədə əvəzolunmazdır. Nəyi nə vaxt və necə etməyi onun qədər zərgər dəqiqliyi ilə müəyyən edəcək şəxsiyyət müasir siyasi tariximizdə barmaqla sayılacaq saydadır.

Təvazökarlıqdan uzaq olsa da, etiraf etmək lazımdır ki, bəzi dövlət başçıları ona oxşamağa çalışır, ondan öyrəndiklərini etiraf edirlər. Serbiya Prezidenti Aleksandr Vuçiçin dəfələrlə Prezident İlham Əliyevin dövlət başçısı kimi məharətinə heyranlığını xatırlatmaq yerinə düşür.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyıb Ərdoğanın fikrincə, İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.

Donald Tramp dəfələrlə bəyan edib ki, İlham Əliyev böyük lider, görkəmli şəxsiyyətdir.

Digər ölkələrin prezidentləri və dövlət rəhbərləri də Azərbaycan Prezidentinin nadir siyasi keyfiyyətlərinə heyranlıqlarını ifadə ediblər.

Səbrlə müşahidə edilən ecazkar siyasi müdrikliyi Azərbaycana etibarlı beynəlxalq tərəfdaşlar qazandırıb. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda Azərbaycanı aparıcı lider dövlətə, strateji müttəfiqə çevirib.

Bu və digər strateji layihələr həqiqətən çox uzaqgörən müdrik baxışın, gələcəyin xəritəsini müəyyən edən unikal siyasətin nəticəsidir. İlham Əliyev 50 il, 100 il sonrakı milli məqsədlərin, strateji hədəflərin əsasını qoyur.

Cənab Prezident 50 milyonluq dünya azərbaycanlılarının, 200 milyon türkün gələcək inkişaf xəritəsini cızır.

İlham Əliyev 22 ildir ki, öz ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edir, gecə-gündüz yorulmaq bilmədən Ali kürsüsündə Ali vətəndaş kimi xidmət edir. Bu, onun tükənməz millət sevgisinin nümunəsidir.

Bu günlərdə cənab İlham Əliyevin doğum günüdür. Bu əlamətdar gün münasibətilə Prezidentimizi və ailə üzvlərini səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ali dövlət fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Prezident İlham Əliyev haqqında 1999-cu ildə yazdığım “O böyük siyasətə hazırdır” kitabı taleyin mənə ən böyük mükafatı idi…

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More