“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov 5 il sonra Azərbaycan çempionatında qol vurub.
“Qafqazinfo” xəbər verir ki, o, 16-cı turda “Qəbələ”yə qarşı keçirilən matçda fərqlənib.
Təcrübəli oyunçu bu qolla oyunda bərabərliyi təmin edib. Qeyd edək ki, Bədavi Hüseynov sonuncu dəfə Azərbaycan çempionatında 2020/2021 mövsümündə “Keşlə”nin qapısına yol tapmışdı.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.