Son 11 ayda “AzStateNet” şəbəkəsində 751 hədəflənmiş APT kiberhücumu indikatoru aşkarlanıb

2025-ci ilin 11 ayı ərzində “AzStateNet” şəbəkəsi üzrə 751 xüsusi hədəflənmiş APT kiberhücumu indikatoru aşkar edilib.

Bu barədə Naxçıvanda keçirilən “Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov məlumat verib.

Onun sözlərinə görə, aşkarlanan indikatorların 38 faizi (283-ü) daxili araşdırma və monitorinq nəticəsində, 62 faizi (468-i) isə dövlət qurumlarından daxil olan anomaliya hallarının tədqiqi zamanı müəyyən edilib.

T. Məmmədov bildirib ki, yalnız 2025-ci ilin ilk 11 ayında monitorinq perimetrinə daxil olan 11 Naxçıvan Muxtar Respublikası dövlət qurumunda 17 kibermüdaxilə halı aşkarlanıb. Qeyd olunub ki, bu halların aradan qaldırılması və mümkün fəsadların minimallaşdırılması istiqamətində dərhal müvafiq tədbirlər görülüb.

Baş idarə rəisinin müavini vurğulayıb ki, AzStateNet şəbəkəsinə qoşulmayan NMR dövlət qurumlarında kiberhücum cəhdlərinin sayı daha çoxdur və nəticələri də daha ağır fəsadlara səbəb ola bilər. Bu baxımdan dövlət qurumlarının vahid təhlükəsizlik infrastrukturuna inteqrasiyasının əhəmiyyəti xüsusi qeyd edilib.

MƏLUMAT YENİLƏNİR

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More