“Bala neçə aylıqdır?” – Prezident+Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub.

Sakin: Xoş gəlmisən!

Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz!

Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Sakin: Gəncədə yataqxanada.

Prezident İlham Əliyev: Bala neçə aylıqdır?

Sakinlər: 13 günlükdür.

Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More