Qazaxıstanlı nazir: Gələn il Azərbaycanla birgə fiber-optik rabitə xətti layihəsi işə salına bilər

2026-cı ilin üçüncü rübündə Xəzər dənizinin dibi ilə Qazaxıstan-Azərbaycan “Transxəzər Fiber-Optik Rabitə Xətti” layihəsinin işə salınması gözlənilir.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.

Onun sözlərinə görə, marşrut hələ tamamlanmasa da, istifadə üçün sorğular artıq daxil olmağa başlayıb.

“Artıq indidən digər dövlətlərdən internet trafikini… hələ mövcud olmayan marşrut vasitəsilə ötürmək üçün müraciətlər daxil olur”, – deyə o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More