Şükür Həmidovun anası vəfat etdi – Foto

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov deyib.

O bildirib ki, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da dünyasını dəyişib:

“Şəkər xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə infarkt keçirmişdi. Yataq xəstəsi idi”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More