Qaradağ rayonunda pirotexniki vasitələr satan şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, 58 yaşlı İ.Ağayevdən 90 qutu yüksək səsyayıcı və 48 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkarlanıb.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən davam edən tədbirlərlə həmin şəxs barəsində inzibati protokol tərtib olunub. Polis əməkdaşları tərəfindən ölkəboyu pirotexniki vasitələrin satışına qarşı tədbirlər davam etdirilir.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.