Salyanda 11 yaşlı oğlan iynədən şoka düşüb öldü – Foto

Salyanda 11 yaşlı Elcan Nəcəfov inyeksiyadan şoka düşərək ölüb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, 4 yanvar saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 5 yanvar saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, E. Nəcəfov Salyan şəhər 9 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi idi.

Surxay Şahbazov

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More