Cəbrayılda yanğın törədən şəxs tutuldu

Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More