GÜNDƏM

GÜNDƏM

Hikmət Hacıyev helikopter qəzası ilə bağlı rəsmi məlumatın gec açıqlanması haqda

Hikmət Hacıyev helikopter qəzası ilə bağlı rəsmi məlumatın gec açıqlanmasına münasibət bildirib: “Bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma və yoxlamalara ehtiyac olur. Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səlist, dolğun məlumatların verilməsi başlıca şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə dolğun […]

GÜNDƏM

Azərbaycanın CAREC-ə sədrliyi ilə “Enerji İnvestisiya Forumu” keçirilib

Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına sədrliyi ilə videokonfrans formatında V “Enerji İnvestisiya Forumu” keçirilib. Tədbirdə 11 üzv ölkə, proqrama dəstək verən və tərəfdaş qismində çıxış edən beynəlxalq təşkilatlar təmsil olunub. Forumun açılış mərasimində çıxış edən Energetika naziri Pərviz Şahbazov CAREC proqramını iyirmi ildir böyük bir coğrafi ərazidə […]

GÜNDƏM

Türkmənistanın birinci xanımının fotosu ilk dəfə Ərdoğanla görüşdən sonra yayılıb

28-29 noyabrda Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı bir sıra maraqlı məqamlarla yadda qaldı. Belə maraqlı məqamlardan biri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımının fotosunun ilk dəfə mətbuatda yayımlanması olub. 11 fevral 2007-ci il tarixindən indiyə kimi prezident postunu tutan Qurbanqulu Berdiməhəmmədov bu 15 il ərzində həyat yoldaşını nə […]

GÜNDƏM

Brüssel Moskva və Ankara ilə Qarabağı müzakirə edir

Avropa İttifaqı Rusiya ilə İrəvan və Bakı arasında münaqişənin həllini müzakirə edir. Bunu Avropa İttifaqının ATƏT üzrə Xarici Siyasət Xidmətinin direktoru Luk Devin deyib. “Ümid edirəm ki, Rusiya tərəfi bəyan edə bilər ki, biz bunu başqa səbəblə deyil, sülh maraqları naminə edirik. Aİ bacardığını edir. Brüssel həmçinin Ankara ilə bu münaqişəni […]

GÜNDƏM

Rusiya münaqişələrin həllində ATƏT-in rolunu faydalı hesab edir

    Rəsmi Moskva Dnestryanı və Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu faydalı hesab edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ATƏT Xarici İşlər nazirləri şurasının iclası ərəfəsində verdiyi bəyanatda deyilir. “ATƏT Dnestryanı və Qarabağ münaqişələrinin nizamlanması prosesində faydalı rol oynayır. Biz hesab edirik ki, istənilən münaqişənin həlli sülh yolu ilə […]

GÜNDƏM

ABŞ və Britaniya səfirləri işğaldan azad edilmiş Ağdamda olublar

ABŞ səfiri Li Litzenberqer və Böyük Britaniya səfiri Ceyms Şarp dekabrın 1-də Ağdama birgə səfər ediblər. Bu barədə Qarbağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazisində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”-də bildirib.   “Bu gün ABŞ və Böyük Britaniya səfirləri ilə birlikdə Ağdama ortaq ziyarət təşkil etdik. Səfər […]

GÜNDƏM

Heliokopter qəzası şəhidləri dərin hüzn və yüksək ehtiramla son mənzilə yola salındı

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanlarla dekabrın 1-də “Sərhədçi” idman mərkəzində vida mərasimi keçirildi. Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Qəza nəticəsində aşağıdakı hərbi qulluqçuların tabutları salona qoyulmuşdu: Polkovnik Cavadov Füzuli Əli […]

GÜNDƏM

Bakıda əyləncə proqramı ləğv edildi

Bu axşam Bakıda açılışı olacaq “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında planlaşdırılmış əyləncə proqramı ləğv olunub. Bu barədə “Nərgiz” (Nargis) fondu İnstaqram hesabında məlumat yayıb. Bildirilir ki, sözügedən qərar ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin şəhid olması ilə əlaqədar verilib. “Açılışda heç bir musiqi […]

GÜNDƏM

Həlak olmuş hərbçilərin cənazələri ailələrinə təhvil verilib

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopterində şəhid olan 14 nəfərin nəşi ailələrinə təhvil verilib. Gün ərzində şəhidlərlə vida mərasimi keçiriləcək. Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb. T.Rüstəmov

GÜNDƏM

Şahid hərbçi: Vertolyot qəzası necə baş verib?

   DSX-nin qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər xəstəxanada açıqlama veriblər.  “REAL TV”-yə müsahibəsində hadisənin canlı şahidi olanlardan biri– polkovnik-leytenant Emil Cəfərov deyib:  “Enişin yerinə yetirilməsi zamanı qəza baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil… Helikopterin desant daşıma sayı 24 nəfərdir. Mənim […]